Zəngin mətbəxi ilə günə ərzində sizə xidmət göstərən Berry restoranımız otelimizin daxilində yerləşir.
Əlvan rənglərin, təbii bitkilərin istifadə edildiyi geniş restoran yemək zamanı iştahanızı açmağa və əhval-ruhiyyənizin yüksək olmasına xidmət edir.
Otelimizdə 42 otaq sizi qonaqlamaq üçün xidmətinizdədir. Otaqlar lazımi avadanlıqlarla təmin edilib. Hər biri kondisioner, mini-bar, hamam otağına sahibdir.
Ecazkar dəbdəbə ab-havasına inteqrasiya edilmiş sağlamlıq mərkəzimiz otelin qonaqlarına əhvallarının yaxşılaşdırılması məqsədilə dünya şöhrətli məhsullardan istifadə etməklə hər növ müalicəni təklif edir. Burada buxarxana, türk hamamı və fin hamamı fəaliyyət göstərir.
Siz geniş imkanlara malik Spa və fitnes mərkəzində öz sağlamlığınızı bərpa edə, peşəkar məşqçilərin məsləhətlərindən də ödənişsiz yararlana bilərsiniz.